Bazar, 28 Aprel

Baş redaktor üsyan etdi: "Günah sizdə deyil, günah Administrasiyada .."

image

19 yanvar tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri elan olunub. Azadsöz məlumat verir ki, keçən ilki nəticələrlə müqayisədə bu ilə yeni saytların adları qaliblər sırasında qeyd olunub. Keçən il seçilən bir neçə sayt isə bu ilki siyahıya salınmayıb.

Müsabiqənin nəticələri bir sıra media resurslarının rəhbələri tərəfindən birmənalı qaşılanmayıb. Belə ki, Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı sosial şəbəkədə yazdığı şərhində Agentlik tərəfindən müsabiqə qaliblərinin seçimi tənqid edib. Onun sözlərinə görə, seçim ədalətli aparılmayıv, kimin tanışı və vəzifəli yaxını varsa ona uyğun adı siyahıya salınıb.

“Bərəkalla sizin seçiminizə. Günah sizdə deyil, günah Administrasiyada siyahını müəyyənləşdirən Vuqar Əliyevdədi. Bizim də gərək üzərimizdə məhkəmə hökmü ola, bizim də gərək daydayımız olsun. Yoxdu da dayday. Dünən də yoxdu,bu gün də yoxdu,sabah da olmayacaq. Düşünürdük ki, Vuqar Səfərlidən fərqli olaraq Əhməd müəllim yumruğun masaya vurub deyəcək ki, "Agentliyə rəhbərlik mən edirəmsə, buranın bir idarə heyyəti varsa qoyun biz özümüz müəyyənləşdirək", deyə Nahid Canbaxışlı qeyd edib.

O, eyni zamanda Agentliyin fəaliyyətini Əli Həsənovla da müqayisə etməyi unutmayıb. “Ta sizin Əli Həsənovdan fərqiniz nə oldu? Deməli Əli Həsənovun zamanın da Vuqar Əliyev nə deyirdisə onu edirdilər,indi siz də Vuqar Əliyev nə deyir onu edirsiniz. Günah sizdə deyil. Adamın gərək Adamı olsun. Adamın yoxsa,deməli pəpə yoxdu.”

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39